Qax rayonunda narkotik bitkilər əkmiş Şəki və Zaqatala sakinləri saxlanılıb. 
Unikal.org xəbər verir ki, Zaqatala rayon sakini Etibar Əhmədov və Şəki şəhər sakini Səbuhi Yusifov qabaqcadan əlbir olub, bu ilin aprel ayında Qax rayonunun Cəlayi kəndi yaxınlığındakı meşə sahəsində çətənə bitkisi əkiblər.
Onlar bundan sonra aqrotexniki qaydada kultivasiya etməklə narkotik bitkini yetişdiriblər.
Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri hər iki şəxs elə həmin ərazidə saxlanılıblar. Etibar Əhmədov və Səbuhi Yusifovun əkdikləri 215 ədəd narkotik tərkibli çətənə kolları maddi sübut olaraq götürülüb.
Hər iki şəxs barəsində cinayət işi başlanılıb, araşdırma aparılır.