Samuel Eto`Onun təşkil etdiyi dünya ulduzları ilə Türkiyə veteranları arasındakı oyunda prezident Rəcəb Tayyip Ərdoğan da iştirak edəcək. 


Bu barədə Türkiyə mətbuatı xəbər yayıb.

Dünən gecə NATO ölkələrinin sammitindən dönən prezidenti qarşılayanlar arasında "Antalyasporun futbolçusu da olub. O, ölkə başçısı ilə danışığında prezidenti də qarşılaşmada iştirak etməyə razı salıb.

Qeyd edək ki, Samuel Eto`O vəqfinin 10 illiyinə həsr olunmuş möhtəşəm şou matçda Neymar, Messi, İnyesta, Arda, Xavi, Karles Puyol, Valdes, Lüdovik Jüli, Abidal, Deko, Eden Hazard, Kərim Benzema, David Alaba, Obameyanq, Lassana Diarra, Xavier Zanetti, Emmanuel Adebayor, Raymond Kalla, Dario Simic, Aleksey Smertin, Andre Ayu, CeyCey Okoça, Marsel Desayi, Lui Saha, Nvankvo Kanu, Kolo Toure, Essyen, Demba Ba və digərləri iştirak edəcəklər.