Xəzərdə 150-yə yaxın gəmi yoxlanılıb
16:07 29-12-2015
CƏMİYYƏT
Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası 2015-ci ildə bir neçə uğurlu addımlara imza atıb. Unikal.or.gu-un məlumatına görə, cari ildə administrasiya öz fəaliyyətində qabaqcıl ölkələrin dəniz nəqliyyatı sahəsində təcrübəsinin öyrənilməsi və bu təcrübənin Azərbaycan Respublikasının qeyd olunan sahə üzrə dövlət siyasəti və tənzimləməsinin həyata keçirilməsi istiqamətində tətbiqi məsələlərinə xüsusi yer ayırıb. Administrasiya ikitərəfli və çoxtərəfli əməkdaşlıq istiqamətlərində böyük uğurlara nail olmuş, təkcə Beynəlxalq Dəniz Təşkilatı ilə deyil, həmçinin Beynəlxalq Əmək Təşkilatı, Avropa İttifaqı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, NATO və s. kimi beynəlxalq qurumlarla əlaqələrini genişləndirib.
Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası öz fəaliyyətində çoxtərəfli münasibətlərin inkişaf etdirilməsi ilə yanaşı, dünya dəniz dövlətləri ilə ikitərəfli münasibətlərə də xüsusi yer ayırıb. Azərbaycan Polşa, Koreya, Birləşmiş Ərəb Əmirlikləri Hökuməti, İordaniya və sair ölkələrlə əməkdaşlıq edir.
2015-ci il ərzində Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2006-cı il tarixli, 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə"yə uyğun olaraq, 147 gəmidə Dövlət liman nəzarəti və Dövlət Bayraq nəzarəti üzrə yoxlamalar aparılıb ki, qeyd edilən yoxlamaların da 102-si Azərbaycan Respublikasının, 45-i isə xarici dövlətlərin bayraqları altında üzən gəmilərdə həyata keçirilib.
Həmçinin, hesabat dövrü ərzində Azərbaycan Respublikasına mənsub dəniz limanlarına 16401 gəminin girişi və 16479 gəminin çıxışı rəsmiləşdirilib, 3645 gəmi jurnalı təsdiq edilərək təhvil verilib, 645 xarici dövlətin bayrağı altında üzən gəmiyə bələdçi xidməti göstərilib.
Bu il Administrasiyanın əsas vəzifələrindən biri olaraq müəyyən edilmiş Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərin (kiçik həcmli gəmilər istisna olmaqla) dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, habelə gəmi sənədlərinin verilməsi işi yüksək səviyyədə icra edilmişdir. Qeyd olunan dövr ərzində Administrasiya tərəfindən 74 gəmiyə Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ haqqında şəhadətnamə, 22 gəmiyə Mülkiyyət hüququ haqqında şəhadətnamə, 74 gəmiyə Minimum heyət tərkibi haqqında şəhadətnamə, 41 gəmiyə Neftlə çirklənmədən vurulan zərərə görə mülki məsuliyyətin maliyyə təminatı haqqında şəhadətnamə, 43 gəmiyə Əmniyyətli İdarəetmə haqqında şəhadətnamə, 144 gəmiyə Bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyət ilə bağlı sığorta və ya digər maliyyə təminatı haqqında sertifikat, 19 gəmiyə gəmi reyestrindən çıxarış və 35 gəmiyə Gəmi tarixinin fasiləsiz qeydlər sənədi verilib.
Həmçinin qeyd edilən il ərzində Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi tərəfindən gəmilərə 10000-dən çox hal üzrə naviqasiya yardımı göstərilib, gəmilərin hərəkətinin koordinasiya olunmasında yaxından iştirak edilib və gəmi sürücülüyü üçün hava şəraitinin münasib olmadığı vaxtlarda gəmilərə mənsubiyyətindən asılı olmayaraq təhlükəsiz lövbər dayanacağı və hərəkət marşrutu seçməyə yaxından köməklik göstərilib.
Növbəti ildə Dəniz Administrasiyasını daha böyük işlər gözləyir.
Digər Xəbərlər
2024-11-28 11:32:24
2024-11-28 11:07:00
2024-11-28 11:03:29
2024-11-28 10:45:07
2024-11-28 10:36:14
2024-11-28 10:34:00
2024-11-28 10:09:32
2024-11-28 10:01:59
2024-11-28 09:26:42
2024-11-28 09:17:57
2024-11-28 09:12:42
2024-11-28 08:47:35
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24