Avstraliya müxalifətinin lideri Bill Şorten Leyborist Partiyasının iyulun 2-də keçirilən parlament seçkilərində məğlubiyyətə uğradığını etiraf edib.
APA-nın ABC telekanalına istinadən verdiyi məlumata görə, indiyə qədər səslərin 79,6 faizi sayılıb və hazırkı nəticələrə görə, hakim Liberal-Milli Koalisiya parlamentdə 74 yer, leyboristlər 66 yer qazanırlar. Liderlərə səsvermədə qalibiyyət üçün 76 yer lazımdır. B.Şoten deyib ki, baş nazir Malkolm Ternbull ya azlıq, ya da çoxluq hökuməti formalaşdırmalıdır: "Mən Malkolm Ternbullu təbrik edirəm. Bizim partiyamız hökumətlə qarşılıqlı anlaşma əldə etmək üçün çalışacaq".