İspaniya çempionatının 3-cü divizionunda mübarizə aparan "Linares Deportivo"nun kapitanə Fran Karles dünyasını dəyişib.

Goal.az xəbər verir ki, 26 yaşlı futbolçu məşqdə ombasından zədə alıb və bu, daxili qanaxma ilə nəticələnib. Aldığı zədəyə əhəmiyyət verməyən oyunçu məşqi davam etdirib. Lakin başgicəllənmə hiss edən Karles xəstəxanaya çatdırılıb, amma həyatını xilas etmək mümkün olmayıb.

O, əsas komandada 2009-cü ildən çıxış edirdi.