İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının yaraqlıları son 18 ayda öz ərazisinin dörddə birini - İrlandiyaya bərabər yer itirib.
Unikal.org xarici mediaya istinadən bildirir ki, yaraqlıların nəzarətindən İraq və Suriyada çıxan ərazi 22 min kvadrat kliometrə bərabərdir.
Terrorçular ötən ilin sonunda İraqda Ər-Ramada şəhərini itiriblər, hazırda hökumət ordusu ölkənin şimalındakı ən böyük şəhəri, de-fakto İŞİD-in paytaxtı Mosulu qaytarmağa hazırlaşır.