Rusiyanın Yakutiya vilayətində yeniyetmələr arasında cüdo üzrə VI Beynəlxalq "Deti Azii oyunları keçirilir.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, yarışda məşqçi Nazim Umbayevin rəhbərliyi altında Azərbaycan cüdoçuları da iştirak edir.
Beynəlxalq yarışda təmsilçilərimiz 4 medal qazanıblar.
Oyunların ilk günündə yeniyetmə cüdoçularımızdan Ağabəy Ağazadə (55 kq) qızıl, Əli Sadıxov (46 kq) və Nazir Talıbov (50 kq) gümüş medal qazanıblar. Yarışın ikinci günü isə Vüsal Şamilov (73 kq) bürünc medala sahib olub.
Qeyd edək ki, üç gün davam edəcək "Deti Azii oyunlarına sabah yekun vurulacaq.