Dağıstanın kənd məktəblərindən birinin direktoru naməlum şəxslər tərəfindən qətlə yetirilib.
Qubden Qarabudaqkənd rayonunun kənd məktəbinin direktoru evinin yanında ölü tapılıb. İlkin ehtmala görə, bir neçə nəfər gecə saat 23:00 radələrində onun evinə gələrək söhbətə çağırıb. Sonradan mübahisə münaqişəyə çevrilib və direktor bir neçə bıçaq zərbəsiylə qətlə yetirilib.
Yerli güc strukturlarının bildirdiyinə görə qatillər gizlənib. Onların axtarışı davam etdirilir.
Dağıstan Daxili İşlər Nazirliyi bu xəbəri təsdiqləsə də, mərhumun bıçaq zərbələrindən yox, güllələnərək öldüyünü bildirib.
Faktla bağlı cinayət işi başlanıb. 
(publika.az)