Dünyanın ən nüfuzlu yarışlarından sayılan Uimbldon tennis turnirinin final görüşü keçirilib.
Londonda baş tutan görüşdə britanyalı idmançı Endi Marrey kanadalı Miroş Raoniç ilə üz-üzə gəlib.
Görüşdə Marrey Raoniçi 3-0 hesabı ilə məğlub edərək, ikinci dəfə turnirin ən güclüsü olub.
İngiltərənin Baş naziri Devid Kemeron da görüşü izləyənlər arasında olub.
Turnir sonunda çıxış edən Marrey Kemerona təşəkkür edərkən tamaşaçılar Breksit qərarına görə baş naziri fitə basıb. Bunu görən Marrey baş naziri tənqid edənlərə qoşulub:
"Burada bir çox əhəmiyyətli adam qarşısında və ölkənin baş naziri izlərkən oynamaq böyük bir zövq verir. Uimbldonda oynamaq çox çətindir, ancaq əsl gerçək odur ki, indi qətiyyən baş nazirin yerində olmaq istəməzdim.