İsrailin Suriya ilə sərhəddə yerləşən Qolan təpələrindəki cəbhə xəttində buldozerlərlə xəndək qazdığı iddia edilib.
Bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Məlumata görə, 2 buldozer 300 metrə qədər Suriya torpaqlarına daxil olub.
Bildirilib ki, həmin buldozerlər 3 kilometr uzunluğunda Kuneytra və Bireyka bölgələri arasında xəndək qazıb.
İddiaya görə, İsrail bununla atəşkəs xəttini mərkəzdən daha da uzaqlaşdırmaq niyyətindədir.