İyulun 14-də ABŞ dövlət katibi Con Kerri Moskvaya səfər edəcək.
Unikal.org Trend-ə istinadən bildirir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi bildirib.
"Dövlət katibi səfər çərçivəsində Suriya, Ukraynadakı vəziyyəti, eləcə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edəcək", - C.Kirbi bildirib.