Epmənistanda iqtidarda olan Ermənistan Respublika Partiyasının mənsubu, biznesmen və sabiq deputat Manvel Badeya Erməni İnqilabi Federasiyası-Daşnaksutyunun məşhur simalarından biri, sabiq millət çəkili Lilit Qalustyanla evlənib.
Milli.Az "Johovurd"a istinadən bildirir ki, 59 yaşlı M.Badeyanla 53 yaşlı L.Qalustyanın arasındakı eşqdən çoxdan bəri danışılırdı. Fəqət onlar münasibətlərini rəsmiləşdirdiklərini dünən bəyan ediblər.