Sankt-Peterburqun "Zenit futbol klubunda yetişən azərbaycanlı futbolçu Ramil Şeydayevin Türkiyənin "Trabzonspor" klubuna keçidi yekunlaşıb.
Türkiyə klubu bu gün Ramil Şeydayevlə 4 illik rəsmi müqavilə imzalandığını elan edib.
20 yaşlı hücumçu bu müddət ərzində Trabzon klubundan 1 milyon 630 min avro maaş (2,8 milyon manat) qazanacaq.
Tibbi baxışdan keçən 20 yaşlı oyunçu yeni komandasının Slovakiyadakı təlim-məşq toplanışına qatılıb.
Qeyd edək ki, buna qədər "Zenit"də çıxış edən Şaydayevin anası rus, atası isə Kürdəmirdəndi.
Onu da bildirək ki, Rusiyanın U-21 millisinə qədər yüksəlmiş futbolçu fikrini dəyişərək, Azərbaycan yığmasında forma geyinmək üçün AFFA-ya müraciət edib. Onun müraiciətinə necə cavab veriləcəyi maraqla gözlənilir.