Rusiyada iqtisadi vəziyyətin pisləşməsi ölkədə əhalinin etirazlarını artıra bilər.
Bu barədə informasiyanı "Stratfor yayıb. Şirkət Rusiya hökumətinin parlament seçkisi öncəsi baş verə biləcək bu etirazlardan qorxduğunu bildirib:
"Onlar iqtisadi etirazların siyasi müstəviyə keçəcəyindən qorxurlar. Belə bir məqam artıq 2011-2012-ci illərdə seçkilərin saxtalaşdırılması zamanı olub. Aksiyaların qarşısını almaq üçün Kreml Milli Qvardiyanın yardımından yararlanacaq. Bundan başqa, Putin Federal Təhlükəsizlik Xidmətinin ölkədə mövcudluğunu artıracaq. Etiraz əhval-ruhiyyəsi minimum səviyyədə saxlanılacaq ki, Putinin 2018-ci ildə dördüncü dəfə prezident olması təmin edilsin.
Qeyd edək ki, Rusiyada növbəti parlament seçkisi bu ilin sentyabrında keçiriləcək.