Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına start verilib.
Unikal.org xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" 2016/17 mövsümündə ilk matçına çıxıb. Ağdam təmsilçisi evdə Lüksemburq çempionu "Düdelanj"ı qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:00-da başlayıb. Oyunundan öncə komandalar aprel döyüşlərində dünyasını dəyişən şəhidləri anıblar. Fanatlar bu gün 44 yaşı tamam olan şəhid polkovnik Raquf Orucovun rəngli şəkli olan böyük plakat nümayiş etdiriblər. Azarkeşlər "Şəhidlər ölməz, vətən bölünməz" şüarları da səsləndiriblər. "Qarabağ klubun rəsmi Feysbuk səhifəsində də Raquf Orucovun doğum günündə yad edib.
Oyunun 9-cu dəqiqəsində "Qarabağ" oyunçusu Riçard Almeyda hesabı açıb. Oyunun 27-ci dəqiqəsində Riçard Almeyda qonaqları ikinci dəfə oyuna mərkəzdən başlamağa məcbur edib.
İkinci hissə komandaların qarşılıqlı hücumları şəraitində keçsə də, tablodakı rəqəmlər dəyişməyib.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü iyulun 20-da Lüksemburqda keçiriləcək.