Ayrılıq, göz yaşı, depressiya... Bütün bunları adi insanlar kimi sənət aləminin tanınmış simaları da yaşayıblar. Bəziləri tənha qalmağa üstünlük versə də, bir çoxları hər şeyi unudub "İkinci bahar"ını yaşayır.
Unikal.org axsam.az-a istinadən "İkinci bahar"ını yaşayan tanınmışların siyahısını təqdim edir:
Xalq artistiZülfiyyə Xanbabayevaiki dəfə ailəli olub. Müğənni ilk dəfə Aydın adlı şəxslə ailə qurub. Daha sonra ayrılan ifaçı iş adamı Zaur Məmmədova ərə gedib. Onun Dəniz adlı bir qızı var.
Xalq artistiMübariz Tağıyeviki dəfə ailəli olub. Onun ikinci evliliyindən iki qızı var.
Xalq artistiRəmişüç dəfə ailə qurub. Onun iki qızı var. Gitara ifaçısı hazırda Gülü adlı xanımla ailəlidir.
AktrisaXuraman Əlizadəson günlər ana olması ilə gündəmə gəlib. Aktrisa illər əvvəl ailə qurmuş, az keçmədən boşanmışdı. Bu yaxınlarda isə o, ikinci dəfə ərə getdiyini açıqlayıb.
Aparıcı Xoşqədəm Hidayətqızının ilk evliliyindən bir oğlan övladı var. O, bir neçə il əvvəl türkiyəli müğənni Doğuşla ailə qurub. Cütlüyün əkiz oğulları dünyaya gəlib.
Aşıq Samirə Əliyevaikinci dəfə prodüseri Rizvan Məmmədova ərə gedib. Onun bu nikahdan bir oğlu var.
Müğənni İzzət Bağırovilk həyat yoldaşı ilə bir neçə ay ailəli qalıb. Daha sonra ifaçı gizli şəkildə evlənib və bu nikahda üç oğlu doğulub.
Müğənni Nazənində "İkinci bahar"ını yaşayanlar sırasındadır. O, hazırda Məhəbbət Həsənov adlı şəxslə ailəlidir.
Müğənni Təranə Qumralın ilk nikahından iki qız övladı var. İfaçı ikinci dəfə müğənni Musa Musayevlə ailə qurub.
Müğənni İlhamə Qasımovailk dəfə 17 yaşında ailə qurub, bir neçə ildən sonra ayrılıb. Hazırda iş adamı ilə nikahdadır.
"Lider" telekanalının aparıcısı Sima Çələbiikinci dəfə həmkarı Firuzə Cəlilovanın qardaşı ilə ailə qurub.
Əməkdar artist Cabir İmanovda bu yaxınlarda özünə ikinci dəfə toy edib. O, Zara adlı xanımla nikah masasına oturub. C.İmanov bundan əvvəl "Nərgiz" nəşriyyat evinin reklam şöbəsinin direktoru Ayla İmanova ilə ailəli olub. Onun bu evlilikdən iki qız övladı dünyaya gəlib.
Müğənni Samir Piriyevhazırda Anara adlı xanımla ailəlidir. Bu nikahdan ifaçının iki övladı var. Bundan əvvəl S.Piriyev Yeganə adlı xanımla ailəli olub. Onun bu evlilikdən bir qızı var.
Müğənni Rəqsanə İsmayılovaiki dəfə ailəli olub. İlk evliliyindən Aysun adlı qızı dünyaya gəlib. İfaçı daha sonra qeyri-rəsmi nikahdan Yağmur adlı qızını doğub. Hazırda o, Rusiyada yaşayan iş adamı ilə ailəlidir.