Vətəndaş kredit götürdükdə ünvanlı sosial yardım hüququndan məhrum ola bilər.
Ən yaxşı halda isə yardımın məbləği azala bilər.
Adambaşına düşən aylıq gəlir, ehtiyac meyyarından aşağı olduğu halda ailə, sosial yardımla təmin olunur. Son vaxtlar bəzi ailələr gəlirlərini az göstərmək və yüksək məbləğdə müavinət almaq üçün yardım təyin oldunduqdan sonra kredit götürlər.
Əvvəllər adında kredit olan şəxsə ünvanlı sosial yardım verilmirdi. Nazirlər Kabinenti tərəfindən bu qaydanın ləğv edilməsi ilə krediti olan insanlar da sosial yardım üçün müraciət edə bilərlər. Lakin, qaydalara edilən dəyişiklik sonradan kredit götürülməsinə rəvac vermir.
Aşkarlanmadan öncə şəxsin özü kredit götürməsi ilə bağlı xəbər verməlidir. Belə olan halda o, yardımı yenə də ala bilər.
Ailə üzvlərinin artması və ya azalması da yardımın verilməsinə təsir edə bilər. Komunal xərclərin artması, mobil danışıqlara həddən artıq pul xərcləməsi də bu faktorlardan hesab olunur. Şəxs, ev və ya obyekt alqı-satqısı zamanı da məlumat verməlidir.
Ünvanlı sosial yardımın verilməsi elektron qaydada həyata keçirildiyindən bütün dövlət qrumları o cümlədən də Mərkəzi bank tərəfindən nazirliyə aylıq məlumat daxil olur.
Unikal.org xəbər verir ki, "Xəzər Xəbər mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: