Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) Unikal.org-a verilən məlumata görə, bu gün Fond və Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən hər biri 50 milyon ABŞ dolları olmaqla, ümumilikdə 100 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb və 24 banka satılıb.

İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcəkdir.