`Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının depozit və əmanətlər üzrə orta faiz dərəcəsi bu ilin may ayında qarışıq tendensiya göstərib.
Unikal.org "Report"-a istinadən xəbər verir ki, hesabat dövründə manat ekvivalentində əmanət və depozitlər üzrə orta faiz dərəcəsi aprel ayı ilə müqayisədə 0,01 bənd artaraq 7,78% təşkil edib. Xarici valyutada əmanət və depozitlər üzrə aprel ayında orta faiz dərəcəsi isə 0,42 bənd azalaraq 5,42%-ə enib.
Kommerisya bankları tərəfindən may ayında verilən kreditlər üzrə orta faiz dərəcələri manat və xarici valyuta ekvivalentində müvafiq olaraq 12,43% və 10,19% təşkil edib. Xatırladaq ki, mart ayında bu göstərici manatda 12,85%, xarici valyutada isə 11,41% olub.