Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,48 dollar və yaxud 3,13% bahalaşıb.
Unikal.org report-a istinadən bildirir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 48,81 dollara bərabər olub.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.