Hindistanın Kəşmir əyalətində baş verən kütləvi iğtişaşlar nəticəsində ölənlərin sayı 40-a çatıb.
Unikal.org APA-ya istinadən verdiyi xəbərə görə, bundan əvvəl 38 nəfərin öldüyü, 1500-dən çoxunun yaralandığı bildirilirdi.
İyulun 8-dən başlayan iğtişaşlara səbəb "Hizbul-Mücahidin separatçı qruplaşmasının fəal üzvü Burxan Müzəffər Vaninin təhlükəsizlik qüvvələri tərəfindən məhv edilməsi olub.
Pakistan "Camaati-İslami partiyasının hərbi qanadı olan "Hizbul-Mücahidin artıq 25 ildir Kəşmirin Hindistandan ayrılaraq Pakistana birləşməsi uğrunda mübarizə aparır. "Hizbul-Mücahidin Hindistanda terror qruplaşması hesab edilir.