Azərbaycan XİNTürkiyədə baş verən hadisələrlə bağlı məlumat yayıb.

Nazirlikdən Unikal.org-a verilən məlumata görə, məlumatda deyilir ki,qardaş Türkiyədə baş vermiş hadisələr rəsmi Bakını ciddi surətdə narahat edib və sarsıdıb:

"Bu, demokratik yolla Türkiyə xalqının seçdiyi hökumətə qarşı bir qrupun etdiyi çevriliş cəhdidir. Türkiyə milləti və dövləti birlik və bərabərlik nümayiş etdirərək buna qarşı çıxıb.

Qardaş Tükiyə xalqı və dövlətinin yanında olduğumuzu bir daha bəyan edərək, tezliklə vəziyyətin tam şəkildə sabitləşəcəyinə və normallaşcağına əminliyimizi ifadə edirik".