Ankarada Türkiyə Silahlı Qüvvələrinin baş qərargahının həyətindən çıxan tank küçədə yük maşınlarında ibarət qurulmuş barrikadaya atəş açıb.
Türkiyə mediası xəbər verir ki, barrikadaya açılmış tank atəşi nəticəsində 3 yük avtomobili sıradan çıxııb.
Vətəndaşlar hadisə yerindən uzaqlaşdırılıb.
Xatırladaq ki, ötən gecə Türkiyə ordusunun bir qrup əsgər və zabiti hərbi çevriliş təşəbbüsü göstəriblər. Vəziyyət gərgin olaraq qalır.