Bakının Heydər Əliyev Beynəlxalq Hava Limanından Türkiyənin İstanbul və Ankara şəhərlərinə bütün təyyarə reysləri ləğv edilib.
Bu barədə Unikal.org-a AZAL-dan məlumat verilib.
Məlumata görə, ləğv olunanlar 06.45-də reallaşmalı olan Bakı-İstanbul (Sabiha Gökçen hava limanı), 08.45-də yola düşməli olan Bakı-İstanbul (Atatürk hava limanı) və 09.10-da havaya qalxmalı olan Bakı-Ankara reysləridir.
İstanbul və Ankaradan Bakıya olan reyslər də ləğv edilib.