"Əlbəttə, çevriliş yatırıldı, Ərdoğan üstünlük qazandı, ancaq ordu içində başlayacaq kütləvi həbslər də Türkiyədə növbəti gərginliyə yol açacaq".

Unikal.org xəbər verir ki, bu fikirləri Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, işin içində Fətllah Gülənin olub-olmadığını söyləmək çətin olsa da, nur camaatı ilə əlaqədə şübhəli bilinənlərin həbslərin sayı artacaq.


"Türkiyənin başı dərddən ayılmır. Elə dünən Türkiyəyə olan hava reysimiz gecikəndə barmağımı dişləmişdim. PKK, DAİŞ, indi də çevrilişçi hərbçilər. Bir başqa dövlətin bu qədər güclü düşmənlərinin olduğunu söyləmək çətindir. Ərdoğana çətin olacaq. Əlbəttə, çevriliş yatırıldı, Ərdoğan üstünlük qazandı, ancaq ordu içində başlayacaq kütləvi həbslər də Türkiyədə növbəti gərginliyə yol açacaq. İşin içində Fətllah Gülənin olub-olmadığını söyləmək çətin olsa da, nur camaatı ilə əlaqədə şübhəli bilinənlərin həbslərin sayı artacaq. Ərdoğan qiyamçı hərbçilər üzərində qələbədən sonra əlini gücləndirməyə çalışacaq, bu isə Türkiyə içində qarşıdurma nöqtələrini artacaq. Bu cür qarışıqlıqda PKK və DAİŞ öz çirkin məqsədlərini həyata keçirməyə çalışacaqlar. Ancaq dünənki hadisənin tarix kitablarına yazılacağını da qeyd etmək lazımdır: Türkiyə tarixində ilk dəfə hərbi çevrilişin qarşısı alındı, sadəcə qardaş qardaşı öldürdü, bu da var...