Türkiyədə dövlət çevrilişinə cəhd zamanı ölkə parlamentinə `F-16` tipli qırıcılar tərəfindən bombalar atılıb.
Türkiyə KİV xəbər verir ki, tarixi binaya ciddi ziyan dəyib .
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin 5 generalı və 29 polkovniki məlum hadisələrə görə, vəzifəsindən azad edilərək saxlanılıb. Anadolu Agentliyi isə III Ordu Hərəkat Qərargah rəhbəri, general Ekrem Çağlar da saxlanıldığını yazıb. Bundan əlavə, Türkiyədə baş vermiş hərbi çevriliş cəhdi ilə bağlı 754 nəfər saxlanılıb.
Parlamentin bombalanması nəticəsində 5 nəfər həlak olub.