Şənbə günü gecə Türkiyədə hərbi çevrilişə cəhd edilib.
Nəticədə 90 nəfər ölüb, 1563 nəfər həbs edilib. 5-i general, 29-u polkovnik olmaqla 34 nəfər vəzifəsindən uzaqlaşdırılıb.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, nəzarətə alınanlar arasında Jandarma Məktəblər komandiri general Sadiq Koroğlu, Ordu Hərəkat Qərargah rəisi general Əkrəm Çağlar, Hatay'dakI 39-cu Mexanik Piyada Briqada və Qarnizon Komandiri general-leytenant Həsən Polad və 58-ci Topçu Briqada Komandiri, general-leytenant Murat Aygün də var.
Unikal.org vəzifəli şəxslərin həbs edilmə anından görüntüləri təqdim edir: