Təqribən 4 min türk ölkənin Vyanadakı səfirliyi qarşısına toplaşaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana dəstək nümayiş etdirir.
Unikal..org bu barədə xarici KİV-lərə istinadən məlumat verir.
Həmçinin bu gecə Berlində mindən çox insan Türkiyə səfirliyi qarşısında dəstək nümayişi keçirib.
Onlar "Biz demokratiyamızın tərəfindəyik!", "Söhbət partiyadan deyil, ölkənin taleyindən gedir" kimi şüarlar səsləndiriblər.
Qeyd edək ki, şənbə gününə keçən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Hərbçilər Atatürk hava limanını və dövlət televiziyasının binasını ələ keçiriblər. Hadisə nəticəsində 90 nəfər həlak olub, 1500-dən çox yaralı var. Hərbi çevrilişə cəhdə görə saxlanılanların sayı 1563 nəfərə çatıb. Türkiyədə hakimiyyətə təslim olan hərbçilərin sayı isə 700 nəfərə çatıb.