Ankara meri Melih Gökçek CNN Türk-ün canlı efirində gündəmə çevrilən açıqlama verib.

Unikal.org-un məlumatına görə, o bildirib ki, Türkiyədəki hərbi çevrilişdə iştirak edənlərin arasında Rusiyaya məxsus "Su-24 təyyarəsini vuran pilot da olub.

Gökçekin sözlərinə görə, həmin bombardmançı pilot hökumət tərəfindən terroru təbliğ etməkdə ittiham edilən Fətullah Gülənin təşkilatının üzvüdür:

"100 faiz əminəm ki, bu insident həmin strukturda işləyən pilotun iştirakı ilə baş verib. Bu günə qədər biz bunu dilə gətirmirdik. Amma mən-Melih Gökçek bəyan edirəm ki, bizim Rusiya ilə münasibətlərimizi məhz bu alçaqlar korlamışdılar.

Mer əlavə edib ki, "paralel hökumət Türkiyəni beynəlxalq arenada zəiflətmək planını həyata keçirməyə çalışır.