Türkiyənin istəyi ilə əlaqədar Yunanıstan Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, 8 qiyamçının geri qaytarılması planlaşdırılır.
14:16
Türkiyəyə məxsus bir hərbi helikopter Yunanıstanın Aleksandropolis (Dədəağac) şəhərinə enib.
Unikal.org-un "Hürriyetə istinadən verdiyi xəbərə görə, SOS siqnalı verərək Yunanıstana enən helikopterdə 7 hərbçi və 1 mülki şəxs olduğu bildirilir. Onların hərbi çevriliş cəhdində iştirak etmiş şəxslər olduqları güman olunur. Bu şəxslərin Yunanıstandan siyasi sığınacaq istədikləri barədə xəbərlər gəlir.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fakta münasibət bildirib. "Helikopterlə Yunanıstana qaçan 8 xain əsgərin dərhal təslim edilməsini istədik", - deyə o, özünün "Twitter" səhifəsində yazıb.