Türkiyədə dövlət çevrilişinə cəhdə görə daha bir general həbs edilib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Silahlı Qüvvələrinin daimi dislokasiya yeri Bolu vilayəti olan kommando diviziyasının komandanı, general İsmayıl Günəşər həbs edilib.
O, Hakkari vilayətinin Şəmdinli rayonunda polislər tərəfindən saxlanılıb. Generalın Boludakı evində axtarış aparılıb.