Türkiyədə baş verənləri analiz etmək lazımdır.
Unikal.org Rusiya hökumətinin rəsmi saytına istinadən xəbər verir ki, bunu Rusiyanın baş naziri Dmitri Medvedyev bildirib.
"Bir şey dəqiqdir ki, hazırda orda hərbi qarşıdurma yaşanır. Lakin, bizə qonşu olan bu ölkənin ərazisində konstitusiya nizamının bərpası olduqca vacibdir. Baş verənlər onu göstərir ki, Türkiyə cəmiyyəti və ordusu arasında ciddi, dərin fikir ayrılıqlar var. Bu isə sonda belə hadisələrin yaşanması ilə nəticələnib, - deyə Medvedyev vurğulayıb.
Rusiya baş nazirin sözlərinə görə, bundan sonra nələrin baş verəcəyini zaman göstərəcək: "Biz ölkə vətəndaşlarımızın, həmçinin şirkət və fiziki şəxslərin hüquqlarını qorumaq üçün səylər göstərməliyik. Bu, Türkiyədə olan və ora istiqamətlənən təyyarə, gəmi və digər nəqliyyat vasitələrinə aiddir. Bu barədə müvafiq qərar Prezident və mənim tərəfdən nəqliyyat və digər nazirliklərə verilib.