Türkiyədə bu gecə dövlət çevrilişinə edilən uğursuz cəhddən sonra bu axşam əhali prezident Rəcəb Tayyib Ərdoğanın evinin önünə toplaşmağa başlayıb.
Unikal.org anspress-ə istinadən xəbər verir ki, axşam saat 8-də prezident Rəcəb Tayyib Ərdoğan xalqın qarşısında çıxış edəcək.
Türkiyə prezident adminstrasiyasının nümayəndəsi bildirib ki, prezident Rəcəb Tayyib Ərdoğanın ölkədən kənarda olması barədə deyilənlər yalandır. Onun sözlərinə görə, prezident hazırda evində istirahət edir.
Dövlət çevrilişinin qarşısı alındıqdan sonra ölkədə 2900 hərbçi həbs edilib, 2745 hakim və prokuror vəzifəsindən azad olunub. Türkiyə prezidenti isə əhalini küçələrə çıxmağa çağırıb.