Bundan əvvəl çevrilişə cəhd etmiş hərbçilər tərəfindən girov götürülmüş Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) rəhbəri, ordu generalı Abidin Ünal xüsusi əməliyyat zamanı azad edilib.
Bu barədə Trend TRT telekanalına istinadən məlumat verib.
Qeyd edək ki, ötən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub.