Türkiyə Milli Müdafiə naziri Fikri İşıq bütün güc komandirlərinin sərbəst olduğunu açıqlayıb.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazir, hazırda hər yerin nəzarətlərində olduğunu bildirib:
"Hər şey bitdi demək məcburiyyətində deyilik. Zərbə əngəllənib, amma dövlət çevrilişi təhlükəsi tamamilə keçib demək hələ tezdir".
İşıq, "paralel yapı"ya qarşı aparılan əməliyyatların bitdiyini deyib: "Artıq məhkəmə başlayır"