Ermənistan Milli Təhlükəsizlik Xidməti polis post-patrul xidmətinin alayına hücum edildiyini bəyan edib. Bu barədə unikal.org RİA Novosti-yə istinadən məlumat verir.
Bəyanatda deyilir: "Yerevanda iyulun 17-si səhər saatlarında polis post-patrul xidmətinin alayına hücum təşkil edilib. Alayın ərazisində olanlar girov götürülüb.
Bildirilir ki, hazırda silahlı şəxslərlə təslim olmaları üçün danışıqlar aparılır: "İstənilən qanunazidd hərəkətlərin qarşısı alınacaq, günahkarlar məsuliyyətə cəlb olunacaq.
Qeyd edək ki, Ermənistanda bir qrup silahlı şəxs polisin post-patrul xidməti alayını ələ keçirib və hakimiyyətin istefasını tələb edir. Hüquq-mühafizə orqanlarının məlumatına görə, xəsarət alanlar da var.
Müxalif qruplaşmanın bəyanatında deyilir ki, cinayətkar qrupun təşkilində təqsirləndirilərək iyunun 20-də həbs olunan müxalifət nümayəndəsi Jirayr Sefilyanın tərəfdarları "Ermənistanda vəziyyəti dəyişmək niyyətində olduqlarını elan edirlər: "Biz artıq Yerevanda polisin əsas bazalarından birini ələ keçirmişik və paytaxtın cənubundakı Erebuni məhəlləsinə nəzarət edirik.