Hərbi çevrilişə cəhddə günahlandırılaraq həbs edilən Türkiyə Hərbi Hava Qüvvələrinin sabiq komandanı Akın Öztürkün görüntüsü yayımlandı.
Unikal.org xəbər verir ki, Ankara Təhlükəsizlik Müdirliyi Terrorla Mübarizə şöbəsi tərəfindən aparılan əməliyyatları zamanı saxlanılan Öztürkün bədənindəki yara izləri diqqət çəkib.
Artıq Ankara Respublika Prokurorluğunda Öztürklə bağlı vətənə xəyanət maddəsi ilə cinayət işi də açılıb.
Deyilənə görə, əgər hərbi çevriliş uğurla başa çatsaydı, Akın Öztürk Baş Qərərgah rəisi olacağı iddia edilirdi.