Türkiyədə dövlət çevrilişinə cəhd edən hərbçilərin dindirilməsi prosesi başlayıb.
Unikal.org ölkə.az-a istinadən bildirir ki, polis və prokurorluq orqanlarının apardığı cinayət dindirilmə prosesində çox maraqlı ifadələr alınıb.
Hüquq-mühafizə orqanlarından Türkiyə mətbuatına sızan xəbərlərdə bildirilir ki, Baş Qərargahın xüsusi qüvvələr komandanlığında xidmət keçən əsgər Osman Ç. ifadəsində çevrilişə əmrin haradan gəldiyini və onların çevrilişdən əvvəl harada silahlandırıldığını müstəntiqlərə açıqlayıb.
Onun sözlərindən belə çıxır ki, çevrilişdə iştirak etməli olan əsgər və zabitlər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mühafizə alayında Vətənə xəyanət edən zabitlərin əmri ilə silahlandırılıblar və çevrilişə əmr baş qərargahdan gələn faksla verilib.
"Ayın 15-də bizi prezidentin mühafizə alayına gətirdilər. Orada kamflyaj və silah verildi və daha sonra faksla gələn hərəkət əmri haqda bizə məlumat verildi", - deyə həbs olunmuş hərbçi ifadəsində bildirib.
Milli.Az bildirir ki, dövlət çevrilişinə cəhdin müəllifləri bir mərkəzdən idarə olunublar və bilavasitə oyunçular olan yüksək rütbəli zabitlərin Fətullah Gülənlə sıx əlaqələri aşkarlanıb. Bu isə çevriliş ssenarisinin əksər hissəsinin ölkədən xaricdə hazırlandığına dəlalət edir.