Türkiyədə Atatürk hava limanına toplaşan bir qrup insanhərbi çevrilişə cəhditəşkil etməkdə əsas şübhəli kimiadı hallandırılanFətullah Güləninmaketini asıblar.

Prezident Rəcəb Tayyib Ərdoğanın İstanbula gələ biləcəyini öyrənən yüzlərlə insan Atatürk hava limanına axışıb. Əllərində Ərdoğanın şəkilləri, türk bayraqları və şüarlar yazılan plakatlar olan insanlarFətullah Gülənin maketini də özləri ilə gətiriblər.

Unikal.org "İhlas" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Güləni "asan" vətəndaşlardaha sonra onuyerdə sürüyüblər.

Şəxsi maşınları olanlar isə bayraqdalğalandıraraq vəavtomobillərindənsiqnal verərək bu aksiyaya dəstək veriblər.


İyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhd olub. Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub. Onlardan 161 nəfəri hərbi çevrilişə cəhdin qarşısı alınarkən həlak olub, ölənlərdən 104-ü isə qiyamçı hərbçidir, 1500-dən çox yaralı var.