Fransanın Nitsa şəhərində törədilmiş terror hücumu qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir ki, Nitsada İngiltərə sahilindəki I Albert bağı ərazisinə minlərlə insan - Nitsa və ətraf şəhərlərin sakinləri, çoxsaylı turistlər və rəsmi şəxslər toplaşıblar.

Bu arada ölkənin baş nazir Manuel Valsın və hökumət nümayəndələrinin hadisə yerinə gəlişi insanlar tərəfindən narazılıqla qarşılanıb. Belə ki, ora toplaşanlar baş naziri qışqırıqla qarşılayıb, fitə basıb və istefaya çağırıblar. Hökumət üzvləri ərazidən uzaqlaşarkən də analoji hal yaşanıb.

İnsanlar terror hücumu qurbanlarının xatirəsinin yad edildiyi yerə gələn tibb işçilərini, yanğınsöndürənləri, xilasediciləri və polisləri alqışlayaraq, onların ünvanına "Bravo!", "Çox sağ olun!" şüarları səsləndiriblər.