Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu gün Almatıda baş verən hadisələrlə bağlı Təhlükəsizlik Şurasının operativ müşavirəsini çağırıb.

Unikal.org Milli.Az-a istinadən bildirir ki, məlumatı Qazaxıstan prezidentinin mətbuat xidmətinə istinadən RİA Novosti yayıb.

Qeyd edək ki, Almatıda naməlum şəxslərin polis idarəsinə basqını və səbəb olduqları atışma nəticəsində üç polis əməkdaşı və bir mülki şəxs həlak olub.