Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkədə hərbi çevrilişə cəhd zamanı videomüraciəti yayımlanan mobil telefonla bağlı maraqlı təklif irəli sürülüb.
Unikal.org azvision.az-a istinadən bildirir ki, prezidentin Türkiyə xalqını "FaceTime"dan küçələrə çağırdığı telefona ərəb iş adamı 1 milyon riyal (417,688 AZN) verməyi təklif edib.
Qeyd edək ki, Ərdoğanın videomüraciəti "HaberTürk" kanalının jurnalisti Hande Firatın telefonu vasitəsi ilə yayımlanıb.
Müraciət zamanı Ərdoğan ölkə vətəndaşlarını meydanlara çağırmışdı.
Məlumat üçün bildirək ki, "iPhone" markalı telefonun təxmini qiyməti 1000 dollar civarındadır.