Türkiyə, Ermənistan və Qazaxıstanda baş verən hadisələri eyniləşdirmək olmaz, hər bir konkret halı analiz etmək lazımdır.
Unikal.org azvision.az-a istinadən bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin "Kreml Türkiyə, Ermənistan və Qazaxıstanda vəziyyətin gərginləşməsində bağlılıq görürmü" sualını cavablandırarkən bildirib.
"Bir halda söhbət xeyli insan ölümü ilə nəticələnən hakimiyyətin güc yolu ilə devrilməsindən, digər hallarda isə ayrı-ayrı kriminal təzahürlərdən gedir", - deyə Peskov bildirib.
Peskov, həmçinin Rusiya sərhədlərinin təhlükəsizliyinin etibarlı şəkildə qorunduğunu, bu ölkələrdə vəziyyətin diqqətlə izləndiyini bildirib: "Təbii ki, sərhədlərimiz yanında belə burulğanlıqların olması narahatlıq doğurur. Bu vəziyyəti daha ciddi şəkildə izləmək, analiz etmək lazımdır. Daxil olan məlumatlara əsasən lazımı tədbirlər görülür".