Yerevanda naməlum şəxslər tərəfindən zəbt edilmiş polis binasından daha bir girov azad edildi.

Unikal.org xəbər verir ki, bu barədə "Novosti-Aremniya" yazır.

"Buna belə, bu cür ümidverici epizodlar arzu edilən yekun nəticəyə zəmanət vermir. Cavabdehliyini hücumun təşəbbüskarlarının daşıyacağı faciəvi nəticələrin də olacağı istisna edilmir", - MTX-nin açıqlamasında deyilir.

---------

15:13

"Hazırda polis patrul alayının binasında beş girov var. Binanı ələ keçirənlər tələblərini dəyişmirlər".

Publika.az xəbər verir ki, bu barədə Ermənistan polisinin rəisi Unan Poqosyan deyib.

Onun sözlərinə görə, danışıqda Jirayr Sefilyan iştirak etmir: "Danışıqlar əlaqələndirici zabit tərəfindən aparılır. Hüquq-mühafizə orqanlarının tələbi girovların azad olunması, müqaviməti dayandıraraq hakimiyyətə təslim olmaqdan ibarətdir".

Qeyd edək ki, binanı ələ keçirən silahlı qrup "Yeni Ermənistan" hərəkatının həbsdə olan lideri Jirayr Sefilaynın azad olunmasını və prezident Serj Sarkisyanın istefa verməsini tələb edirlər.

----------

11:01

İrəvanda polis binasını ələ keçirən bir qrup silahlı şəxs girovlardan birini azad edib.

Anspress-in məlumatına görə, bununla da girovluqda 5 nəfər qalıb. Onlar arasında Ermənistan polis rəisinin müavini Vardan Yeqizaryan və İrəvan polis rəisinin müavini Valeri Osipyan var.

Ötən gün səhər saatlarında bir qrup silahlı şəxs Ermənistan polisinin post-patrul xidmətinin ərazisinə daxil olub və burada olan insanları girov götürüb. Polisin məlumatına görə, binanın ələ keçirildiyi zaman 1 polis əməkdaşı öldürülüb, 3-ü yaralanıb. Sonradan xüsusi təyinatlıların əməliyyatı nəticəsində iki girov azad olunub.

Onlar qanunsuz silah saxlamaqda ittiham edilərək həbs edilən "Şuşa" batalyonunun komandiri, keçmiş səhra komandiri, radikal müxalifətçi Jirayr Sefilyanın azad edilməsini tələb edirlər.

O, dövlət çevrilişinə cəhddə ittiham edilərək ötən ay həbs edilmişdi.

---------

09:42

Danışıqlarda heç bir irəliləyiş olmayıb.

Bunu erməni mətbuatına verdiyi açıqlamada Erebuni polis bölməsinin binasını tutan silahlılardan biri Pavel Manukyan bildirib. O, girovların özlərini yaxşı hiss etdiklərini və xüsusi təyinantlıların hücumu zamanı belə onları sağ-salamat olması üçün əllərindən gələni edəcəklərini bildirib.

Milli.Az anspress-ə istinadən bildirir ki, danışıqlarda polis rəhbərləri, hər hansı aqressiv addımlar atmamağa çağırıb. Manukyan buna razılaşdıqlarını və güc strukturlarının səhər saatlarına kimi girovların azad edilməsi ilə bağlı hər hansı əməliyyat keçirməməyə söz verdiklərini bildirib.

Bununla belə xüsusi təyinatlı polis bölmələri və hüquq mühafizə orqanları döyüş vəziyyətinə gətirilib. Ancaq, hələ ki, əməliyyat barədə heç bir əmr verilməyib. Bunu Ermənistan polis rəisinin müavini Unan Poqosyan bildirib. Yerli jurnalislər Poqosyanın silahlıların içi polislə dolu binaya necə daxil olduğunu sual verib.

Poqosyan yaralıların xəstəxanalara yerləşdirildiyini və bəzilərinin vəziyyətinin ağır olduğunu bildirib. Hadisə yerindən həlak olmuş polis polkovniki Artur Vanoyanın meyiti də artıq ərazidən çıxarılıb. Poqosyan, eyni zamanda, təsdiq edib ki, binaya daxil olanlar silahları içəridəki saxlancından götürməyib. Onlar əvvəldən silahlanıblar ki, bu da hücumun əvvəlcədən planlaşdırıldığını deməyə əsas verir.