"Türkiyədə çevriliş cəhdindən sonra kütləvi "təmizləmələr dalğasında demokratiya prinsiplərinə əməl edilməzsə, ölkə NATO-dan çıxarıla bilər.
"İndependent qəzetinin verdiyi xəbərə görə, bu xəbərdarlıqla ABŞ dövlət katibi Con Kerri çıxış edib.
C. Kerri Brüsseldə bildirib ki, ABŞ və Avropa İttifaqı Türkiyəyə çevriliş cəhdinə verilən cavablarda demokratiya qaydalarına əməl olunmasını təkidlə tövsiyə edir: "ABŞ Türkiyəni mili demokratik institutların və qanunun aliliyinin yüksək standartlarına hörmət göstərməyə çağırır.
Xatırladaq ki, Türkiyədə iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdindən sonra minlərlə hərbçi, dövlət məmuru işdən çıxarılıb. Onlar barəsində istintaq başlayıb.