Azərbaycan prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında Azərbaycan respublikasının əlil idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.
Unikal.org-un xəbərinə görə, sərəncamla XV Yay Paralimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan respublikasının əlil idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:
birinci yeri tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat;
ikinci yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat;
üçüncü yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.