Rusiya Federasiyası Silahlı Qüvvələrinin Operativ və Taktiki Baş İdarəsinin nümayəndə heyəti bu gün Ermənistana səfərə gedir. Səfər iyulun 22-dək davam edəcək.
Unikal.org Milli.Az-a istinadən bildirir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyindən məlumat veriblər.
Məlumatda bildirilir ki, səfər zamanı cari məsələlər, həmçinin Rusiya və Ermənistan Silahlı Qüvvələrinin birləşdirilməsi barədə razılaşmanın imzalanmaq üçün hazırlanması üzrə danışıqlar aparılacaq.