Tehran Azərbaycan bankında dondurulmuş 400 milyon dollar məbləğində aktivlərinə çıxış əldə edib.
Unikal.org Trend-ə istinadən məlumatına görə, bu barədə "Fars Nesws agentliyi xəbər yayıb. Azərbaycanın İrandakı səfiri Möhsin Pakayin deyib ki, Azərbaycan Beynəlxalq Bankı Birgə Kompleks Fəaliyyət Planının (JCPOA) reallaşdırılmasından sonra İranın dondurulmuş aktivlərinə çıxışı açıb: "Aktivlər "Naftiran Intertrade Company (NICO) və İran Mərkəzi Bankına məxsusdur.
Diplomat qeyd edib ki, Azərbaycan yaxın bir neçə ay ərzində İran vətəndaşları üçün viza rejimini yüngülləşdirə bilər.
Azərbaycanlı və rusiyalı həmkarları ilə üçtərəfli danışıqlar üçün İran Prezidenti Həsən Ruhaninin avqustun 8-də Bakıya planlaşdırılan səfərindən danışan M.Pakayin deyib ki, İran Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etməyə hazırdır.