Ermənistan siyasi dairələrində Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Operativ və Taktiki İdarəsinin nümayəndə heyətinin səfəri ilə bağlı müzakirələr qızışmaqdadır.

Unikal.org Milli.Az-a istinadən bildirir ki, məsələnin maraqlı tərəfi Rusiya generallarının özləri ilə indiyədək məlum olmayan "Ermənistan və RF silahlı qüvvələrinin birləşmiş qruplaşması haqqında" sənədi imzalamağa gətirmələridir.

Bu fakt siyasi dairələrdə ciddi narahatlığa səbəb olub və bəzi ekspertlər belə hesab edirlər ki, Serj Sarkisyan ordunu da ruslara satıb.