Türkiyə Radio və Televiziyası Ali Şurası (RTÜK) FETÖ/PDY təşkilatları ilə bağlantısı olan bütün media qurumlarının lisenziyasının ləğv edilməsi ilə bağlı qərar verib.
Unikal.org-un Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, RTÜK-ün bu gün keçirdiyi növbədənkənar iclasında terror təşkilatı ilə əlaqəsi olan, onu dəstəkləyən qurumların lisenziyası ləğv edilib.
Lisenziyası ləğv olunmuş radio və telekanalların siyahısı belədir: STV, Samanyolu Xəbər, Samanyolu Xəbər Radio, Can Erzincan TV, Kanal 124, Yumurcak TV, Hira TV, MC TV, Dünya TV, Kanal Türk, Bugün TV, Mehtap TV, Berfin FM, Kanal Türk Radio, Burç FM, Samanyolu Xəbər Radiosu, Radio Mehtap, Xəbər Radio Ege, Dünya Radio, Radio Küre, Merkür TV, Esra Radio, Tuna Shoping TV, Samanyolu Xəbər Radio Anadolu."